Yaponiyada "quş qripi" qeydə alınıb

Bakı. 25 mart. REPORT.AZ/ Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi Miyaqi və Tiba prefekturalarındakı quşçuluq fermalarında aşkar edilən "quş qripi" formasının özündə "H5N6" virusunu əks etdirdiyini müəyyən ediblər.

"Report" xəbər verir ki, bu barədə idarənin şənbə günü yayılan məlumatında bildirilir.

Virus Kurixara və Asaxi şəhərlərindəki quşçuluq fermalarında tapılıb.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03