Yaponiyada qənnadı fabrikində partlayış baş verib

Bakı. 8 mart. REPORT.AZ/ Yaponiyanın Fukusima prefekturasında yerləşən qənnadı fabrikində baş verən partlayış nəticəsində 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, partlayış zamanı yanğın baş verməyib. Həmçinin fabrikin bir qadın əməkdaşı yaralanıb.

Polis hadisənin səbəblərini araşdırır.

Digər xəbərlər