Yaponiyada iri konteyner estakadadan aşıb, 6 avtomobil zədələnib

Yaponiyanın Yokohama şəhərində iri konteynerin estakadadan aşması nəticəsində aşağıda park edilmiş avtomobillər ciddi zədələnib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə yerinə gəlmiş xilasredicilər avtomobillərin içində insanların olub-olmadığını yoxlayırlar. Hadisənin səbəbləri araşdırılır.

Hadisə şahidinin sözlərinə görə, konteyner estakadanın altında park edilmiş azı 6 avtomobili əzib.

Digər xəbərlər