Yaponiyada ilin sonunadək ərzağın qiyməti 14% artacaq

Yaponiyada 1 431 adda ərzaq məhsulunun qiymətində artım qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu baxımdan rekordun oktyabr ayında qeydə alınacağı gözlənilir.

Analitiklər daha 6 min adda məhsulun bahalaşacağını proqnozlaşdırırlar.

Bu il ərzində qiymətlərin orta hesabla 14% artacağı gözlənilir.

Əgər yaya qədər qiymət artımına dünyada taxıl və yanacaq qiymətlərinin artması təsir edirdisə, daha sonra yenin ucuzlaşması, həmçinin idxal qiymətlərinin artması vəziyyəti daha da gərginləşdirib.

Digər xəbərlər