Yaponiyada hərbi helikopter qəzaya uğrayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Yaponiya Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsndə 8 nəfər olub.

İnformasiyaya əsasən, hadisə Yamaquti əyalətinin İvakuninidəki hərbi bazasında baş verib.

Orta dərəcəli yükgötürmə qabiliyyəti olan “AgustaWestland AW101” təlim helikopteri sayılır.

Qəzanın səbəbi araşdırılır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10