Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində iki pilot ölüb

Bakı. 5 fevral. REPORT.AZ/ Yaponiya Özünümüdafiə Hava Qüvvələrinə məxsus helikopter Saqa prefekturasında məktəb binasının yaxınlığında qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə prefekturanın Kandzaki şəhərində baş verib.

Qəza nəticəsində 2 pilot ölüb. Helikopter yerə düşdükdən sonra yanıb. 

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09