Yaponiyada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Yaponiyanın Qumma prefkturasında yük helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 4 nəfər olub.

 “AS 332” markalı helikopter Qumma prefekturasının Uenomur qəsəbəsi administrasiyasından 300 metr aralıya düşüb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və polis əməkdaşları cəlb ediliblər.

Qəzanın səbəbi araşdırılır.

Digər xəbərlər