Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya verdiyi kreditlərin həcmini 100 milyon ABŞ dollarından 300 milyon dollara çatdıracağına söz verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Kişida bu barədə G7 ("Böyük Yeddilik") ölkələrinin liderləri ilə videokonfransda deyib.
O, Ukrayna iqtisadiyyatına dəstəyi təcili vəzifə adlandırıb.
Aprelin 19-da Yaponiyanın müdafiə naziri Nobuo Kişi vəd etmişdi ki, Tokio Ukraynanı kimyəvi silahlardan qoruya bilən maskalar və geyimlər, həmçinin pilotsuz uçuş aparatları ilə təmin edəcək.