Yaponiya milli süni intellekt modelinin hazırlanmasına 19 milyard dollar ayırır

Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt modelinin hazırlanmasına təxminən 3 trilyon yen (cari məzənnə ilə təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Yomiuri" qəzeti xəbər verib.

Birgə istehsalda "SoftBank" kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət iştirak edəcək. Nəşrin məlumatına görə, Yaponiya hökuməti xərclərin təxminən üçdə birini ödəmək, qalan vəsaitin isə özəl firmaların investisiya qoymasını nəzərdə tutur.

Yaponiyanın özünün süni intellektinin inkişafına 2026-cı ildə başlanacağı gözlənilir. Buraya, digər məsələlərlə yanaşı, qabaqcıl məlumat mərkəzlərinin tikintisi də daxil olacaq. Süni intellekt modelinin yerli istehsal olan robot texnikasında da istifadə edilməsi gözlənilir.

Digər xəbərlər