Yaponiya Hərbi Hava Qüvvələrinin helikopteri qəzaya uğrayıb

Bakı. 26 avqust. REPORT.AZ/ Yaponiyanın özünümüdafiə qüvvələrinin "SH-60" helikopteri qəzaya uğrayıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, yerli vaxtla saat 23:00 radələrində, Honsü vəı Hokkaydo adaları arasındakı Çuqaru boğazında təlim uçuşu zamanı helikopterlə əlaqə kəsilib. Hadisə zamanı helikopterdə 4 nəfər olub. Onlardan 1-ini xilas etmək mümkün olub. Digər 3 nəfərin axtarışları aparılır.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43