Xersonda Rusiyanın bombardmanı nəticəsində Azərbaycan vətəndaşı həlak olub

Ukraynanın Xerson vilayətində bir kəndin bombardman edilməsi nəticəsində 60 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, yanvarın 29-da, Xerson vilayətinin Mikolskaya kəndinə Rusiya ordusuna məxsus dron və mərmi hücumları nəticəsində ərazi darmadağın olub.

Ölənlər arasında, kənd sakini 1966-cı il təvəllüdlü, əslən Azərbaycanın Beyləqan rayonundan olan Qasımov Həsən Qiyas oğlu da həlak olub.

H.Qasımov uzun müddətdir bu kənddə yaşayıb, şəxsi təsərrüfatı ilə məşğul olurmuş.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43