Serbiyadakı etirazları bir neçə ölkənin xüsusi xidmət orqanları maliyyələşdirir, buna 4 milyard dollar xərclənib.
"Report" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O, susmağa məcbur olduğunu izah edib, çünki bu, etirazların mümkün müştərilərinə münasibətdə Serbiyanın neytrallığını pozacaq:
"Dövlətin dağılmasına 4 milyard dollar xərclənib. Rəngli inqilabların əsas təşkilatçısı kənardan gəlir. Bunlar müxtəlif xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, bunu bir neçə ölkədən edirlər. Bu ölkələr bilirlər ki, biz onların nə etdiklərinin fərqindəyik".