Vladimir Zelenski 15 qubernatoru işdən çıxarıb

Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayət administrasiyası rəhbərini işdən çıxarıb.

"Report" UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka brifinqdə bildirib.

Onun sözlərinə görə, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayev, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporijye, Zakarpatye və Volın vilayətlərinin qubernatorları işdən azad edilib.

Daha əvvəl Vladimir Zelenskinin yaxın günlərdə 13 qubernatoru vəzifədən azad etmək niyyətində olduğu bildirilirdi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10