“Avropada bir çox insan yaddaşını və vicdanını tamamilə itirib, II Dünya Müharibəsi tarixini yenidən yazmağa çalışır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Pobeda” təşkilat komitəsinin iclasında deyib.
O xatırladıb ki, nasizm 1945-ci ildə məğlub oldu: “Lakin bu ideologiya tamamilə aradan qaldırılmadı və özünü indi rusofobiya şəklində büruzə verir”.
V.Putin qeyd edib ki, tarix ideoloji mübarizə silahı kimi istifadə olunmağa başlanıb: “Bundan qorunmaq üçün Rusiyaya adekvat vasitələr lazımdır”.