Venesuelada təyyarə qəzaya uğrayıb, 4 hərbçi və 1 pilot ölüb

Venesuelanın cənub-qərbində yerləşən Bolivar bölgəsində “Cessna 206” tipli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “DHA” yayıb.

Bildirilib ki, hadisə Bolivar bölgəsinin Gran Sabana rayonunda baş verib. Təyyarənin göyərtəsində olan 4 hərbçi və 1 pilot ölüb, 1 nəfər isə ağır yaralı halda xəstəxanaya aparılıb.

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09