Venesuela və Çili barışır

Venesuela və Çili ikitərəfli münasibətlərin tədricən normallaşdırılması prosesinə başladıqlarını elan ediblər.

"Report"un məlumatına görə, bu barədə tərəflər birgə bəyanat yayıb.

Qeyd olunub ki, ilk praktiki addım iki ölkə arasında konsulluq əlaqələrinin bərpası olacaq və nrmallaşma prosesi qarşılıqlı hörmət, suveren bərabərlik və beynəlxalq hüquq normalarına riayət əsasında həyata keçiriləcək.

Xatırladaq ki, Venesuela və Çili arasında diplomatik münasibətlər 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərindən sonra pisləşib. Santyaqo seçkilərin nəticələrini tanımayıb.

Daha sonra ölkələr öz səfirlərini geri çağırıb, diplomatik əlaqələr isə demək olar ki, dondurulub.

Digər xəbərlər