Venesuela və ABŞ ikitərəfli münasibətləri nəzərdən keçirib

Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes və ABŞ-nin Venesuela üzrə müvəqqəti işlər vəkili Laura Doqu Karakasda keçirilən görüşdə ikitərəfli münasibətlərin gündəliyini və iki ölkənin diplomatik nümayəndəliklərinin açılması məsələlərini nəzərdən keçiriblər.

"Report" xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri İvan Xil Pinto "Venezolana de Television" telekanalının efirində bildirib.

"Görüşdə (Rodriqes və Doqu) ilk növbədə enerji, iqtisadi, ticarət və siyasi mövzularda ümumi gündəm məsələləri müzakirə edildi", - Xil deyib. O bildirib ki, ABŞ-nin Venesuelada Doqu başda olmaqla diplomatik nümayəndəliyinin və Venesuelanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin təsis edilməsinə baxılıb. "Səlahiyyətli prezident səfir Feliks Plasensianı ABŞ-də diplomatik nümayəndə vəzifəsinə təyin etdi", - XİN rəhbəri deyib.

Xil bildirib ki, Venesuela hökuməti beynəlxalq hüquqa, BMT nizamnaməsinə, ABŞ ilə dövlətlərin suverenliyinə əsaslanan, münasibətlərin dinc və hörmətli şəkildə inkişafına ümid edir.

Digər xəbərlər