ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-qərbində bir neçə xarici səfirliyin yerləşdiyi ərazidə silahlı atışma zamanı ən azı 3 nəfər xəsarət alıb.
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə yerli polisin nümayəndəsi açıqlama verib.
"Hələlik 3 zərərçəkən tapılıb. Onlardan heç biri ölməyib", - deyə o bildirib. Polis əməkdaşı situsiyanı çox aktiv fazada olan insident kimi dəyərləndirib.
Qeyd edək ki, atışma məkanının yaxınlığında Nigeriya, Pakistan, İsrail, Banqladeş, Efiopiya və İordaniya səfirlikləri var.