Bakı. 26 may. REPORT.AZ/ Uqandada yol qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Uqanda Nümayəndəliyi məlumat yayıb.
BQXK-nın Uqanda Nümayəndəliyinin rəsmisi İren Nakasiita yol qəzasında 16-sı uşaq olmaqla, 48 nəfərin öldüyünü açıqlayıb.
*** 11:04
Uqandada ağır yol qəzası baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecə Kiryandoqo rayonunda qeydə alınıb.
Sərnişin avtobusu, traktor və yük maşınının toqquşması nəticəsində 19 nəfər ölüb. Onların arasında üç uşaq da var.
Qəzada xeyli sayda yaralananın olduğu vurğulanıb.