BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bir sülhməramlısı Livanın cənubunda minaatandan açılan atəş nəticəsində həlak olub.
"Report" xəbər verir ki, bu barədə UNIFIL-in məlumatında deyilir.
"Bu gün səhər saatlarında Livanın cənub-şərqindəki Mərcayun bölgəsində minaatandan açılan atəş nəticəsində ağır yaralanan UNIFIL sülhməramlısı həlak olub. Yaralanan iki sülhməramlı isə UNIFIL bazasındakı tibb məntəqəsində müalicə alır", - məlumatda qeyd olunub.