Ukraynanın müdafiə naziri Brüsseldə NATO Baş katibi ilə görüşəcək

NATO Baş katibi Mark Rütte və Ukraynanın müdafiə naziri Denis Şmıqal Brüsseldə görüşəcəklər.

"Report"un məlumatına görə, bu barədə NATO-nun rəsmi saytında bildirilib.

"2025-ci il dekabrın 1-də NATO-nun baş katibi Mark Rütte Ukraynanın müdafiə naziri Denis Şmıqal ilə Brüsseldəki NATO qərargahında görüşəcək", – deyə məlumatda qeyd olunub.

Həmçinin vurğulanır ki, görüş KİV nümayəndələrinin iştirakı olmadan keçiriləcək.

Digər xəbərlər

Senator Lindsi Qrem vəfat edib 12 iyul, 2026 / 10:42