Ukrayna məhkəməsi Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak barəsində 140 milyon qrivna (3,4 milyon dollar) məbləğində girovun ödənilməsi alternativi ilə həbs qətimkan tədbiri seçib.
"Report"un məlumatına görə, bu barədə "RBK-Ukrayna" xəbər verir.
Qeyd edək ki, Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu məhkəmədən Andrey Yermakın 180 milyon qrivna (4,1 milyon dollar) məbləğində girovun ödənilməsi alternativi ilə həbs edilməsini tələb etmişdi.