Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub

Ukrayna Təhlükəsizlik Xidməti Krımdakı Belbek hərbi aerodromunda Rusiyaya məxsus iki "Su-27" qırıcısını vurub.

Bu barədə "Report" Ukrayna mediasına istinadən məlumat verir.

Məlumata görə, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub - o məhv edilib.

Ukrayna Təhlükəsizlik Xidməti, həmçinin aerodromun dispetçer qülləsinin vurulduğunu təsdiqləyib. Bildirilib ki, bu, aerodromda uçuşların təşkilini çətinləşdirir.

Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09