​Ukrayna Donbassda 5 hərbçisini itirib

Bakı. 29 may. REPORT.AZ/ Ukrayna ordusu ötən sutka ərzində Donbassın əməliyyat zonasında 5 hərbçisini itirib, daha 4 əsgər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü Ukrayna prezidentinin Donbassda hərbi əməliyyat məsələləri üzrə rəsmi nümayəndəsi Aleksandr Motuzyanik brifinq zamanı bildirib.

"Ötən sutka ərzində, təəssüf ki, 5 Ukrayna hərbçisi həlak olub, daha 4 döyüşçümüz yaralanıb", — deyə Motuzyanik qeyd edib.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28