Türkiyədə zəlzələ baş verib

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyədə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, 4,7 bal gücə malik yeraltı təkanlar Çanaqqala ərazisində qeydə alınıb. Yerli vaxtla saat 02:27-də baş vermiş zəlzələnin episentri Ayvacıqda yerləşib.

Zəlzələ ocağı 7,13 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Balıkəsir və Bursa ərazilərində hiss edilib. 

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10