Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 8 nəfər saxlanılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyənlər saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, bununla bağlı keçirilmiş əməliyyatda Vandan İstanbula göndərilən bir yeniyetmə də daxil olmaqla, 8 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlar İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getməyə hazırlaşıblar.

Şübhəlilər barəsində məhkəmə tərəfindən həbs qərarı qəbul edilib. Saxlanılanlardan ikisinin bir ailənin üzvü olduğu bildirilir. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09