Türkiyədə daş kömür mədəni çöküb, 6 fəhlə ölüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətində daş kömür mədəninin çökməsi nəticəsində 6 fəhlə ölüb.

“Report” NTV-yə istinadən xəbər verir ki, 1 fəhlə dağıntıların altından xilas edilib.

Bir nəfər isə dağıntılar altında qalıb. Onun xilas edilməsi istiqamətində işlər görülür. 

Məlumata görə, bu özəl mədən Şırnak-Cizre avtomobil yolunun 20 km-liyində yerləşir. 

Digər xəbərlər