Türkiyədə antiterror əməliyyatı keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin Mardin vilayətində antiterror əməliyyatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, jandarm komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı 2 terrorçu öldürülüb. 

Terrorçuların zərərsizləşdirilməsi ilə yanaşı, silah-sursat, hərbi avadanlıqlar, o cümlədən 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd tapança, 15 ədəd 9 mm-lik tapança mərmisi, 1 ədəd səsyazma cihazı və s. ələ keçirilib. 

Digər xəbərlər

İsrail ordusu Qəzzada qalacaq 18 avqust, 2026 / 01:15