Türkiyədə 4,6 bal gücündə zəlzələ olub

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyədə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun internet saytında yerləşirilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:55-də Muğlada, Marmaris ərazisində qeydə alınıb. Yeraltı təkanlar 4,6 bal gücündə olub.

Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat yoxdur. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10