Trampla Putin Vyetnamda görüşməyəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Vyetnamda Rusiya Prezidenti Valdimir Putinlə görüşməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ liderinin mətbuat katibi Sara Sanders bildirib.

Qeyd edək ki, bu gün Vyetnamın Dananq şəhərində Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti başlayır. Rusiya Prezidenti Vladimir Putin artıq Vyetnamdadır. D.Tram isə hələlik Çindədir və Pekindən Vyetnama gedəcək. 

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03