Tramp yeni ildə dünya sülhü üçün səy göstərəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp yeni ildə dünyada sülhün bərqərar olması üçün səy göstərmək niyyətindədir.

"Report" xəbər verir ki, o, bu barədə jurnalistlərə Mar-a-Laqo malikanəsində ziyafətin əvvəlində bildirib.

Yeni il öncəsi özünə hər hansı söz verib-vermədiyini soruşduqda Vaşinqton administrasiyasının rəhbəri belə cavab verib: "Bəli, var. Yer üzündə sülh".

Tramp ABŞ-ın Ukraynaya qoşun göndərməyə hazır olub-olmaması və ya Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelaya hücumda rolu ilə bağlı suallara cavab verməyib. Tramp sadəcə gülümsəyib və jurnalistlərə "Təşəkkür edirəm" deyib.

Digər xəbərlər