Rusiya Ukrayna ilə münaqişəyə son qoymağa razı olmasa, ABŞ Moskvaya qarşı ciddi rüsumlar tətbiq etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində deyib.
O vurğulayıb ki, digər ölkələr, o cümlədən Avropa ölkələri Rusiyadan enerji daşıyıcıları almağı dayandırmalıdır.
"Avropa həm Rusiya ilə mübarizə apara, həm də eyni zamanda onun enerji resurslarını almağa davam edə bilməz. Bu, biabırçılıqdır", - Tramp vurğulayıb.