ABŞ Prezidenti Donald Tramp öz prezidentlik müddətinin sonunadək Ukrayna münaqişəsinin başa çatacağına ümid edir.
"Report" xəbər verir ki, o bu barədə "Fox News" telekanalına məsələni şərh edərkən bildirib.
"Düşünürəm ki, bəli", - deyə o, Ukraynadakı münaqişənin prezidentlik müddəti bitənədək, yəni 2029-cu il yanvarın 20-dək başa çatıb-çatmayacağı ilə bağlı suala cavabında qeyd edib.