Tramp "Twitter"də Tereza Mey əvəzinə sıravi vətəndaşa müraciət edib

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Twitter" əkkauntunda Böyük Britaniyanın baş naziri Tereza Meyə müraciətində səhvə yol verərək sözlərini hansısa bir Britaniya vətəndaşına ünvanlayıb.

“Report” xəbər verir ki, o əvvəlki tvitində Tereza Mey Skrayvnerə məxsus @theresamay nikini qeyd edib.

Bir müddətdən sonra tvit silinib, Amerika lideri isə yeni tvit yazıb və burada Britaniya baş nazirinin əkkauntunu düzgün işarələyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09