Tramp "The New York Times"ı milli təhlükəsizliyə təhdid adlandırıb

ABŞ Prezidenti Donald Tramp "The New York Times" (NYT) qəzetini Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social" səhifəsində yazıb.

"NYT-nin yalanları və faktları qəsdən təhrif etməsi ölkəmizin milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Onların radikal solçu fikirləri, qeyri-sabit hərəkətləri və sonsuz saxta məqalələri ilə mübarizə aparmalıyıq. Onları dayandırmalıyıq", - deyə D.Tramp yazıb və qəzetin əməkdaşlarının "xalqın düşməni" olduğunu qeyd edib.

Digər xəbərlər