Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyində çıxış edən Ağ Ev rəhbəri Donald Tramp elan edib.
"Sədr Si Cinpin sentyabrın 24-də gəlir. Mən Pekində olanda biz süni intellekt barədə danışmışdıq və bunu yenidən müzakirə edəcəyik", - o bildirib.