ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs üçün uyğun zamanın gəlib çatdığına dair şübhələrini ifadə edib.
"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, Tramp bu fikirləri Böyük Britaniyadan ABŞ-yə uçuş zamanı öz təyyarəsində Ağ Evin mətbuat nümayəndələrinə bildirib.
"Belə görünmür... Amma uyğun zamanda bunu etməli olacağıq. Bu, çətin olacaq", – deyə Tramp qeyd edib.