Tramp növbəti dəfə koronavirus testi verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, növbəti dəfə koronavirus testi verib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Ağ Ev rəhbəri qeyd edib ki, onun COVID-19 testi mənfi olub. Trampın sözlərinə görə, onun orqanizmi virusdan təmizlənib.

ABŞ prezidenti xəstəliyindən də danışıb. "Mən özümü belə hiss etmirdim, necə ki ABŞ prezidenti özünü hiss etməlidir", - Tramp deyib.

"Bu daha çox zəiflikdir. Mən yorğun idim", - o əlavə edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, daha heç bir dərman qəbul etmir. Son dərmanı təxminən səkkiz saat əvvəl qəbul edib.

Digər xəbərlər