ABŞ-nin Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ağ Evin təsviri olan qol düymələri hədiyyə edib.
Bu barədə "Report" BELTA-ya istinadən xəbər verir.
"Belarus dövlət başçısına hədiyyəni Minskdəki görüşdə ABŞ Prezidentinin nümayəndəsi Con Koul təqdim edib", - məlumatda deyilir.
C.Koul, həmçinin Lukaşenkoya ABŞ Prezidentindən təbriklər və arzular ifadə edən məktub da çatdırıb.
Məktubda qeyd edilir: "Hörmətli cənab Lukaşenko, Melaniya (Donald Trampın həyat yoldaşı -red.) ad gününüz münasibətilə ən xoş arzuları çatdırmaq üçün mənə qoşulur".