ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq əzmindədir və buna kömək etməyə hazırdır.
"Report"un məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"O (Çin Sədri Si Cinpin - red.) (Rusiya-Ukrayna böhranının) həll etmək istərdi. İnanıram ki, o, (Rusiya-Ukrayna müharibəsinə) son qoymaq istəyir", - Tramp bildirib.
ABŞ Prezidenti həmçinin Çin Sədrinin buna nail olmaq üçün onlarla birgə işləyəcəyini bildirib.
Bundan əvvəl Tramp Çin lideri ilə telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsini müzakirə etdiyini bildirib.