Tramp Çaqos arxipelaqının Mavrikiyaya verilməsi haqqında sazişi təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya və Mavrikiya arasında Çaqos arxipelaqının Mavrikiyanın suverenliyinə verilməsi haqqında sazişi təsdiqləyib.

"Report"un "The Daily Telegraph"a istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin nümayəndəsi bildirib ki, saziş təsdiqlənmənin son mərhələsindədir.

"Biz sazişi yekunlaşdırmaq və imzalamaq üçün Mavrikiya hökuməti ilə işləyirik. Bildiyimə görə, ABŞ ilə müzakirələrdən sonra bu məsələ yalnız bizə və Mavrikiya hökumətinə aiddir", - mənbə qeyd edib.

Arxipelaqın təhvil verilməsi keçmiş prezident Cozef Bayden administrasiyası tərəfindən təsdiqlənib. Lakin Tramp hakimiyyətə gəldikdən sonra sazişin ABŞ maraqlarına təsirinin nəzərdən keçirilməsini tələb edib.

2024-cü ilin oktyabrında Böyük Britaniya Çaqosun Mavrikiyaya təhvil verilməsi haqqında müqavilə imzalayıb.

Bundan əvvəl Böyük Britaniyanın Mavrikiyaya hərbi bazadan istifadəyə görə ildə 90 milyon funt sterlinq (110 milyon dollar) təklif etdiyi, lakin ada dövlətinin səlahiyyətliləri inflyasiya nəzərə alınmaqla məbləğə yenidən baxılmasının zəruri olduğunu bildirilmişdi.

Xəbər lenti