Bakı. 24 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
“Report” RT-ə istinadən xəbər verir ki, bu barədə Trampın sosial şəbəkələr üzrə komandasının direktoru Den Skavino bildirib.
“Prezident Tramp Nyu-Yorka, BMT Baş Assambleyasına gəlib”, - deyə o, “Twitter”-də yazıb.
Bundan əvvəl Ağ Evdən Trampın BMT Baş Assambleyasının iclasında Cənubi Koreya, Yaponiya, Misir, İsrail, Fransa və Britaniya liderləri ilə görüşəcəyi xəbər verilib.
Prezidentin iş qrafikinə əsasən o, sentyabrın 25-də BMT Baş Assambleyasının plenar iclasında çıxış edəcək. Tramp özü beynəlxalq təşkilatda İran üzrə iclasa rəhbərlik edəcəyini bildirib.