ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib.
"Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsinə 25 milyard dollar xərcləndiyini desə də, ABŞ Venesueladan təxminən 10 dəfə çox gəlir əldə edib.
O, bundan əvvəl də İrana xərclənən vəsaitin Venesuelada görülən işlər hesabına kompensasiya edildiyini söyləyib.