Tramp: "ABŞ orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxacaq"

Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald TrampBirləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadançıxacağını bildirib. 

Bu barədə "Report" "Associated Press"əistinadən xəbər verir.

Məlumata görə, Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanıpozmaqda ittiham edib. 

"Mən bilmirəm niyə Obama (ABŞ-ın sabiq prezidentiBarak Obama - red) niyə danışıqlar aparmayıb və ya ABŞ-ı razılaşmadançıxarmayıb? Biz onlara razılaşmanı pozmağa imkan verməyəcəyik. Rusiya sazişə əməletmədi, buna görə də təəssüf ki, biz müqaviləni pozacağıq və razılaşmadançıxacağıq", - deyə o bildirib.

Digər xəbərlər

Çin Yaponiyaya xəbərdarlıq edib 08 dekabr, 2025 / 05:37