Kanadanın Toronto şəhərində atışma nəticəsində 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “CTV” kanalı məlumat yayıb.
Polisin məlumatına görə, naməlum şəxslər yoldan keçən avtomobildən bir qrup kişiyə atəş açıb. Nəticədə 28-35 yaşlarında olan 5 nəfər güllə yarası alıb.
Onlar hazırda xəstəxanadadırlar. İlkin məlumata görə, onların həyatı üçün təhlükə yoxdur. Polis atəş açanları axtarır.