Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib.
"Kramatorskda içərisində sərnişinlərin olduğu avtobusa Rusiyanın endirdiyi zərbə nəticəsində 33 nəfər ölüb, 18 nəfər isə yaralanıb", - qurumun məlumatında bildirilib.
Bundan başqa, atəş nəticəsində Kramatorsk icmasının Belenkoye qəsəbəsində daha 3 nəfər ölüb. Xilasedicilər həlak olanlardan birini fərdi evin dağıntıları altından çıxarıblar.
Daha əvvəl Rusiyanın Kramatorska zərbəsi nəticəsində 30 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Şəhərdə iki sərnişin avtobusu və çoxmənzilli bina zədələnib.