Tonqa Krallığı sahillərində güclü zəlzələ baş verib

Tonqa Krallığının ən böyük adası - Niuatoputapunun cənub sahillərində 6 maqnitudalı zəlzələ baş verib.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Hihifo şəhərindən 17 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı təxminən 116 km dərinlikdə olub.

Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45