Tonqa Krallığının əsas adası olan Tonqatapunun cənub sahillərində 5,8 maqnitudada zəlzələ baş verib.
"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri ada dövlətinin paytaxtı Nukualofadan 112 kilometr şimal-şərqdə, 24 mindən çox insanın yaşadığı ərazidə, zəlzələ ocağı təxminən 12 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.