Bakı. 4 mart. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey Solsberi şəhərinə gedib.
“Report” “Sky News”a istinadən xəbər verir ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya 2018-ci il martın 4-də burada zəhərlənmişdi.
Böyük Britaniyanın bu hadisədə Rusiyanı ittiham etməsi isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu.