Bakı. 7 fevral. REPORT.AZ/ Tayvanın şərq sahilləri yaxınlığında 5 bal gücündə növbəti zəlzələ baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi (CENC) məlumat yayıb.
Qeyd edək ki, dünən gecə baş vermiş zəlzələ nəticəsində 5 nəfər ölüb, 254 nəfər yaralanıb, 88 nəfər isə itkin düşüb. Xilasetmə əməliyyatlarında 1,3 mindən çox mütəxəssis - hərbçilər, tibb işçiləri, xilasedicilər, yanğınsöndürənlər, polis əməkdaşları iştirak edir.